Hakim küsüb meydanı tərk etdi - Bundesliqada

Hakim küsüb meydanı tərk etdi - Bundesliqada
Almaniya Bundesliqasının XXII turunda maraqlı hadisə baş verib. Fanat.az xəbər verir ki, qarşılaşmanın hakimləri oyunu yarımçıq qoyaraq meydanı tərk edib.
Belə ki, "BayArena"da baş tutan "Bayer" - "Borussiya" (Dortmund) oyununun 65-ci dəqiqəsində Pyer-Emerik Aubameyanq qonaqların qələbəsinə səbəb olan qola imza atıb. Bu zaman "Bayer"in baş məşqçisi Rocer Şmidt və futbolçular hakimə sərt şəkildə etiraz edib.
Rocer Şmidtin texniki zonadan kənarlaşdırılmasına qərar verən baş hakim Feliks Zvayer "Bayer"in oyunçularından birini yanına çağıraraq qərarını baş məşqçiyə çatdırmasını istəyib.
Rocer Şmidt "Hakim nə qərar veribsə, gəlib özü söyləsin" deyib. Bundan sonra Feliks Zvayer köməkçilərini yanına çağıraraq meydanı tərk edib. Təxminən 9 dəqiqə sonra Rocer Şmidt tribunaya yollanıb və hakimlər meydana dönərək matçı davam etdirib. 
Qeyd edək ki, oyun "Borussiya"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hakim küsüb meydanı tərk etdi - Bundesliqada
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər