Hakan tarixə düşdü, Türkiyənin seriyası qırıldı - VİDEO

Hakan tarixə düşdü, Türkiyənin seriyası qırıldı - VİDEO
Türkiyə millisi İngiltərə ilə yoxlama oyunu keçirib və 1:2 hesabı ilə uduzub. Fanat.az verir ki, Hakan Çalhanoğlu bu oyunda "ay-ulduz"luların tarixinə düşüb.
Belə ki, onun 13-cü dəqiqədə hesabı bərabərləşdirən qolu tarixə əhəmiyyət daşıyıb. Çünki bu Türkiyənin İngiltərə millisinin qapısına vurduğu ilk qol olub.
Bu oyunla 11-ci dəfə qarşılaşan rəqiblərin 9 matçında ingilislər qələbə qazanıb, 2-si qolsuz bərabərliklə bitib. İngiltərənin 32 qoluna Türkiyə cəmi 1 dəfə cavab verib.
Bu oyunda Türkiyənin uğurlu seriyası da qırılıb. Belə ki, "ay-ulduzlu"lar 13 oyundan sonra məğlubiyyət acısı yaşayıb. Türklər sonuncu dəfə 2014-cü ilin 12 noyabrında Braziliyaya yenilmişdi (0:4). Fatih Terimin yetirmələri bu müddətdə Qazaxıstan (3:1, 1:0), Lüksemburq (2:1), Bolqarıstan (4:0), Hollandiya (3:0), Çexiya (2:0), İslandiya (1:0), Qətər (2:1), İsveç (2:1) və Avstriyanı (2:1) udub, Hollandiya (1:1), Latviya (1:1) və Yunanıstanla (1:1) "sülh" bağlayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər