"Xəzər Lənkəran"ın baş məşqçisi olacaq Mustafa Dənizlinin daha iki köməkçisi ola bilər. Fanat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Həmkarlarımızın iddiasına görə, türk mütəxəssis İbrahim Üzülməz və Zəfər Ögeri özü ilə gətirəcək. Maraqlıdı ki, Zəfər Öger qapıçılarla işləyən məşqçidi. "Xəzər Lənkəran"da bu vəzifəni uzun illərdi klubda çalışan və çox saylı baş məşqçi dəyişikliklərinə rəğmən komandadan aypılmayan Hafiz Əliyev tutur.
Qeyd edək ki, Dənizli Türkiyə millisinin sabiq məşqçisi Oğuz Çətini də məşqçilər korpusuna salacaq. Həmçinin Emin Quliyevlə Covanni Melkiore də komandada saxlanılacaq.
Fanat.az