Hacıyev Türkiyəyə getməsə, bu variantlardan birini seçəcək

Hacıyev Türkiyəyə getməsə, bu variantlardan birini seçəcək

"Səbail" yarımmüdafiəçisi Ruslan Hacıyevlə vidalaşıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, onunla "Araz Naxçıvan", "Kəpəz" və "Sumqayıt" kimi klublar maraqlansa da, Ruslan karyerasını ölkə xaricində davam etdirə bilər.

Belə ki, futbolçunun "dənizçilər"lə olan müqaviləsinin müddəti başa çatmasa da, tərəflər qarşılıqlı əsasında vidalaşıb. Hacıyev hazırda Türkiyənin adını dəqiqləşdirə bilmədiyimiz Birinci Liqa təmsilçilərindən biri ilə danışıqlar aparır. Bu variant alınmayacağı təqdirdə, Ruslan digərlərini nəzərdən keçirəcək.

Qeyd edək ki, 25 yaşlı Hacıyev son mövsümdə "Səbail" forması ilə 22 matça çıxaraq 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub. O, Azərbaycan Kubokunda keçirdiyi 2 matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər