"Çixura" çox gec ayıldı. Onlar 3:1 hesabı ilə geri düşdükdən sonra özünə gəldilər və açıq futbol oynadılar. Əgər rəqib bir az da tez açıq futbol oynasaydı, daha yaxşı olardı. Qalib gəlmişik və sevinirik". Fanat.az xəbər verir ki, bu sözləri "Çixura" ilə oyundan sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
“Ağ-qaralar”ın çalışdırıcısı gürcü məşqçilərin nəinki Gürcüstanda, hətta Azərbaycanda da onunla bacarmadığını bildirib: “Azərbaycanlı jurnalistlər də bilir ki, bizim komandalarda olan gürcü məşqçilər də bizimlə bacarmır. Bunu hamı bilir”.
Gürcü jurnalistin “Siz dünən demişdiniz ki, şou göstərəcəyəm və bu gün biz meydanda gürcülər və afrikalıların şousun gördük” deməsinə Hacıyev belə cavab verib: “Siz çox cavansınız. Dünya pul dünyası, var dünyasıdır. İmkanımız var, alırıq. Sizin imkanınız olsa, siz də alarsınız. Hesab 4-2, 5-2 ola bilərdi”.
Fanat.az