Bu gün DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonasında mübarizəyə yekun vurulur. Fanat.az xəbər verir ki, H qrupunda artıqt mübarizə başa çatıb.
İngiltərə evdə Polşanı 2:0 hesabı ilə yenib və birinci pilləni tutaraq dünya çempionatına birbaşa vəsiqə qazanıb. Ukraynanın San Marino üzərindəki 8:0 hesablı qələbəsi ikinci pilləni tutmağa yarayıb. Moldova isə səfərdə Çernoqoriyanı 5:1 hesabı ilə udub.
DÇ-2014
Seçmə mərhələ
15 oktyabr
H qrupu
İngiltərə - Polşa 2:0
Qollar: Ueyn Runi, 41. Stiven Serrard, 88.
Çernoqoriya - Moldova 2:5
Qollar: Milan Yovanoviç, 55. Stevan Yovetiç, 90 - Aleksandru Antoniuç, 29; 89. İqor Armas, 62. Eugen Sidorenko, 64. Artur İonita, 73.
San Marino - Ukrayna 0:8
Qollar: Yevgeni Seleznyov, 13-pen; 19. Marko Deviç, 15; 51; 58-pen. Andrey Yarmolenko, 55. Roman Bezus, 66. Vitali Mandzyuk, 90.
| 1 | İngiltərə | 10 | 6 | 4 | 0 | 31-4 | 22 |
| 2 | Ukrayna | 10 | 6 | 3 | 1 | 28-4 | 21 |
| 3 | Çernoqoriya | 10 | 4 | 3 | 3 | 18-17 | 15 |
| 4 | Polşa | 10 | 3 | 4 | 3 | 18-12 | 13 |
| 5 | Moldova | 10 | 3 | 2 | 5 | 12-17 | 11 |
| 6 | San Marino | 10 | 0 | 0 | 10 | 1-54 | 0 |
Fanat.az