"Karvan"ın sabiq futbolçusu Ruslan Voronsov Yevlax təmsilçisinin ona ödəməli olduğu bir aylıq əməkhaqqını - dekabr ayının maaşını nəhayət ki, ala bilib.
Sözügedən forvardın bu barədə Fanat.Az-a açıqlaması belə oldu:
"Dekabr ayının maaşını ala bildim, amma mənə cəmi 53 manat pul qaldı. Maaşımdan 300 manat cəriməmə görə tutuldu. Əlavə olaraq vergidən sərəncam gəlmişdi. Buna görə də 385 manat və bir də 285 manat ödəməli oldum. Gözlərinə girsin onların pulu".
Qeyd edək ki, Ruslan qış transfer dönəmində İkinci Liqa təmsilçisi "Cəbrayıl" ilə müqavilə imzalayıb.
Nahid Məmmədov