"Göz yaşlarımı saxlaya bilmədim, gecə gözümə yuxu getməyib" - Vadim Abdullayev

"Göz yaşlarımı saxlaya bilmədim, gecə gözümə yuxu getməyib" - Vadim Abdullayev

Misli Premyer Liqasının 15-ci turunda "Araz-Naxçıvan" "Səbail"i qəbul etdi. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləndilər. Muxtar Respublika təmsilçisinin yegane qolunun məhsuldar ötürmə müəllifi Vadim Abdullayevlə əlaqə saxlayıb görüş barədə nə düşündüyünü soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"Çox məyus olmuşam. Gecə gözümə yuxu getməyib. Meydanda da göz yaşlarımı saxlaya bilmədim. Mən karyeramda belə məyus olmamışdım. Oyunda o qədər qol epizodlarını dəyərləndirə bilmədik. Futbolun yazılmamış qanunu - "vurmayana vurarlar" prinsipi işə düşdü.  Arxayınçılıqdam söhbət belə ola bilməzdi. Biz son dəqiqəyə qədər mübarizə apardıq. Qapımıza qol vurulmadan əvvəl hesab 2:0 xeyirimizə ola bilərdi".

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər