Güvənc Kurtar "Qarabağ"la oyunla (1:5) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Rəvan”ın baş məşqçisi bütün fikirlərini kubok matçına yönəltdiyini deyib:
“Məğlub olduqdan sonra danışmaq çətindi. Hər iki komanda oyuna yaxşı başladı. Bizim 3 qol epizodumuz oldu, rəqibin isə iki. “Qarabağ” qol vura bildi, biz isə bacarmadıq. Müdafiədə 6-7 futbolçu ilə oynamağımıza baxmayaraq, böyük hesabla məğlub olduq. Bütün fikrimi kubok oyununa yönəltmişəm. Kubokda da belə oynasaq nəticə qazana bilmərik. Artıq dünəndən komanda bir yerdədi, kubok oyununa ciddi hazırlaşacağıq. Həm Lukaş Sapela, həm də Kamal Bayramov yaxşı qapıçıdı. Qarşıdakı oyunda hansına şans verəcəyimi indidən deyə bilmirəm”.
Fanat.az