Gümüş medallı idmançımız: "Bu gün mənim günüm deyildi" - FOTOLAR

Gümüş medallı idmançımız: "Bu gün mənim günüm deyildi" - FOTOLAR
Bu gün Mingəçevirdə keçirilən Avropa Oyunlarının son günündə Valentin Demyanenkonun Azərbaycana avarçəkmədə gümüş medal qazandırdı. Fanat.az xəbər verir ki, milliləşdirilmiş ukraynalı idmançı kanoeçilərin 200 metr məsafəyə yarışında 40,142 saniyə nəticə ilə 2-ci olub. O, yarışın qalibi olan latviyalı Henrikas Justautasdan 0,078 saniyə geri qalıb.
Demyanenko jurnalistlərə açıqlama verib. O son anda qızıl medalı əldən verməsinə belə münasibət bildirib: "Bu gün təəssüf ki, uduzdum. Bəxtim gətirmədi. Startdan nəsə yaxşı başlamadım. Avqustda keçiriləcək dünya çempionatına hazırlaşmaq üçün vaxtım var. İndi demək olmaz ki, mənə nəsə mane oldu. Sadəcə bu gün mənim günüm deyildi. Liderlə aramdakı distansiyanı aradan qaldırmaq çətin idi".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər