"Gülməli ideyadır, ağılsızlıqdır" - Luiş Fiqu

"Gülməli ideyadır, ağılsızlıqdır" - Luiş Fiqu

"Qızıl top" mükafatının sahibi, "Barselona" və "Real"ın sabiq yarımmüdafiəçisi Luiş Fiqu dünya çempionatının ikiildənbir keçirilməsi ideyasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, EFE ulduz veteranın söylədiklərini belə çatdırıb:

"Məncə, bu ağılsızlıqdır. Belə ideyaları yaxşı futbol barədə düşünməyən adamlar irəli sürür. Belə dünya birinciliyi keçirməyin heç bir mənası yoxdur. Təsəvvür edin, təqvimdə ikiildənbir dünya və Avropa çempionatları və bu turnirlərin seçmə mərhələlərinin oyunları salınır... Gülməli ideyadır".

Qeyd edək ki, bu ilin mayında FİFA-nın ikiildənbir DÇ keçirilməsinə baxılacağını bəyan etmiş, 166 federasiya dünya futbol qurumunun təşəbbüsünü dəstəkləmişdi.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər