Güləşçimiz Avropa çempionatında erməniyə qalib gəldi

Güləşçimiz Avropa çempionatında erməniyə qalib gəldi

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.

Fanat.Az xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Menua Yaribekyanla üz-üzə gəlib.

Rəqibini 12:2 hesabı ilə üstələyən Hacıyev 1/4 finala yüksəlib. O, bu raundda avstriyalı Simon Marchlla görüşəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər