Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

Ötən mövsümün ikinci yarısını 1-ci Liqa təmsilçisi "Mingəçevir"də keçirən yarımmüdafiəçi Gülağa Əsədovun yeni klubu müəyyənləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "şəhərlilər"lə bu ilin yanvarında 6 ay + 1 illik müqavilə bağlayan orta xətt oyunçusu karyerasını MOİK-də davam etdirəcək.

Gülağa artıq hərbçilərlə şəxsi müqavilənin detallarını razılaşdırıb.

Xatırladaq ki, iyunun 5-də baş məşqçi Füzuli Məmmədov "Mingəçevir"i tərk edib. Onun yerini Ramiz Məmmədovun tutacağı bəlli olsa da, hələ klub bu təyinatı rəsmən açıqlamayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər