"Gördüyünüz klub prezidentləri kimi isti ofisdə oturub jurnalist sualları gözləmirəm"-  Elgün Hüseynov

"Gördüyünüz klub prezidentləri kimi isti ofisdə oturub jurnalist sualları gözləmirəm"-  Elgün Hüseynov

İkinci Liqada mübarizə aparan "Sheki City" çempionatın ortabab komandalarındadır. Qeyri-sabit çıxışı ilə diqqət çəkən sözügedən kollektivin əsas hədəfi növbəti mövsümlə bağlıdır. Bu barədə saytımıza danışan "Sheki City"-nin prezidenti Elgün Hüseynov planlarını açıqlayıb. Ona ünvanladığımız sualları gec də olsa, cavablandıran Elgün bəyin Fanat.Az-a müsahibəsini təqdim edirik:

- Klubun adının ingilis dilində yazılması narazılıqla qarşılanır. Nə üçün qədim  Azərbaycan şəhərini təmsil edən klubun adı doğma dildə yox, xarici dildə yazılır? - İlk növbədə onu deyim ki, gördüyünüz ənənəvi klub prezidentləri kimi isti ofisdə oturub jurnalist sulları gözləmirəm. Vaxtım olmadığı üçün bir qədər gec cavablandırdım. Klubun adıyla bağlı məsələyə gəlincə, düşünmürəm ki, o dərəcədə narazılıq obyekti olmuşuq. İlk başda bir neçə nəfər gündəm üçün yazmağa nəsə tapmayanda bu məsələyə toxunmuşdu. Onlara da nəzər yetirdikdə gördüm ki, çoxu adını ingilicə yazanlardır. Qədimlikdən və ya ənənəvilikdən yapışıb dayansaq, gərək futbol yox, cövkən komandası yaradaq, çünki bizə xas olan budur. Söhbət futboldan gedirsə, bu dünyəvi bir idman növüdür. Həmçinin ingilis dilidə də dünyəvidir. Şəki qədim şəhərdir deyə yenilik etmək olmaz? Nəzərə alsaq ki, Şəkidə axırıncı dəfə yenilik Xan Sarayı tikiləndə olub. Burda narazılıq obyekti olacaq nə var axı? Şəki yazılanda 10 milyon, "Sheki City" yazılanda isə ən azı 5 milyard adam başa düşür.

- Qarşınıza qoyduğunuz hədəfləri bilmək olar? - Klubun hədəfi Şəkidə futbolu daimi etməkdir. Bizim şəhərin peşəkar bir komandaya ehtiyacı var. Bizdə ona doğru addımlayırıq.

- Stadionun təmiri gündəlikdə var? - Konkret bir söz deyə bilmərəm. Bu yeni yaranan klubu aşacaq məsələdir. İndi ancaq növbəti oyuna hədəflənə bilirik.

- Komandanın Birinci Liqaya vəsiqə qazanmaq şanslarını necə dəyərləndirirsiz? - Birinci Liqada iştirak baxımından, bu mövsüm bəxt amili rol oynadı. Orada elə komandalar var ki, buna layiq deyillər. Region Liqasındakı bəzi komandalar onlardan daha yaxşı təşkilatlanıblar. Bəxtimiz gətirsə, gələn mövsüm Birinci Liqaya qalxarıq.

Nahid Ustaclı 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər