Giya Qequçadze: "Baş verənlər artıq arxada qalıb"

Giya Qequçadze: "Baş verənlər artıq arxada qalıb"

Gürcüstanın "Dinamo" (Tiflis) klubunun baş məşqçisi Giya Qequçadze "Qəbələ" ilə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, gürcü mütəxəssis bunları deyib: 

"İlk növbədə "Qəbələ"ni təbrik etmək istəyirik. Hər iki oyunda 10 nəfərlə oynamaq çox çətin oldu.

İki görüşdə də əks hücumda oynayıb qələbə qazanmağa çalışdıq. İndiyədək heç vaxt hakimin idarəçilyinə şərh verməmişəm. Bu dəfə də elə edəcəyəm. Çünki baş verənlər artıq arxada qalıb".

Qeud edək ki, komandalar arasındakı ilk oyunda "Dinamo" 2:1, cavab matçında "Qəbələ" 2:1 hesablı qələbə qazanıb. Təmsilçimiz iki oyunun nəticəsinə görə mərhələ adlayıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər