Girassi kimisi ÇL tarixində olmayıb

Girassi kimisi ÇL tarixində olmayıb

UEFA Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində İspaniyada 0:4 hesabı ilə uduzduğu "Barselona"ya dünən Almaniyada keçirilən matçda qalib gələrək (3:1) mübarizəni dayandıran Dortmund "Borussiya"sının hücumçusu Seru Girassi rekorda imza atıb.

Fanat.Az xəbər verir ki, bu qarşılaşmada het-trik edən 29 yaşlı forvard cari mövsüm ÇL-də vurduğu qolların sayını 13-ə çatdırıb. Qvineyalı ön xətt oyunçusu afrikalılar arasında sözügedən turnirdə bir mövsümə ən çox fərqlənən futbolçu ünvanına sahib çıxıb.

Girassi formasının geyindiyi "Borussiya"nın sabiq üzvü Sebastyan Allenin (2021/2022 - 11 qol) nəticəsini yeniləyib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər