“Mançester Yunayted”in sabiq ulduzu Rayan Giqqz “Nottingem Forest”in baş məşqçisi olmağa real namizəddi. Fanat.Az “Daily Mail”ə istinadən xəbər verir ki, dünən köklü klubun rəhbərliyi çalışdırıcıyla yolları ayırmaq qərarına gəlib.
Çempionşipdə 26 tura 27 xal toplayan və 20-ci pillədə qərarlaşan komandanın baş məşqçisinin – Filip Montanyenin göndərilməsi təbii haldı. Montanyenin işini müvəqqəti olaraq Hari Brezil görəcək. Boşaldılan posta Giqqzdən başqa namizədlər də var. Ancaq rəhbərlik öncə uelsliylə danışıqlar masası ətrafına əyləşməkdə maraqlıdı.
Qeyd edək ki, Giqqz karyerasını bitirəndən sonra MY-də baş məşqçi əvəzi çalışmış, ardından 2 il məşqçilər korpusunda yer almışdı.
Fanat.Az