Gimnastlarımızdan Misirdə üç qızıl medal

Gimnastlarımızdan Misirdə üç qızıl medal

Aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Misirin paytaxtı Qahirədəki "Pharaohs Cup" turnirində üç qızıl medal qazanıblar.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, böyüklər arasında Vladimir Dolmatov və Mədinə Mustafayeva qarışıq cütlükdə, Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyeva üçlük proqramında birinci yeri tutublar.

Yeniyetmələrin yarışında isə Dilarə Qurbanova, Sara Əlixanlı, Sənəm Kazımova (üçlük proqramı) qızıl medala yiyələniblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər