Gimnastlarımız Misirdə medal qazandı

Gimnastlarımız Misirdə medal qazandı

Aerobika gimnastikası üzrə Azərbaycan yığmasının iki üzvü Misirin Qahirə şəhərində təşkil olunan “Pharaoh's Cup” beynəlxalq turnirində medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından Fanat.Az-a verilən məlumata görə, fərdi proqramda Vladimir Dolmatov qızıl, Mədinə Mustafayeva isə bürünc mükafata yiyələnib.

Yeniyetmələr arasında komandanın gimnastları Dilarə Qurbanova və Sara Əlixanlı isə fərdi proqramda finala vəsiqə əldə ediblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər