Gimnastlarımız Gürcüstanda 22 medal qazandı

Gimnastlarımız Gürcüstanda 22 medal qazandı

Azərbaycanın və "Ocaq Sport" klubunun bədii gimnastları Gürcüstanın paytaxtı Tbilisidəki “Keti Cup” beynəlxalq turnirdə 22 medal qazanıblar.

Federasiyadan Fanat Az-a verilən məlumata görə, bunlardan 9-u qızıl, 8-i gümüş, 5-i bürünc əyarlıdır.

Maya Kozaçuk iki qızıl (gürzlər, top), bir gümüş (çoxnövçülük), Selin Yusifova iki qızıl (çoxnövçülük, alətsiz), bir gümüş (top), Sara Cəlilli bir qızıl (çoxnövçülük), bir gümüş (alətsiz), bir bürünc (top), Nilüfər Qasımova bir qızıl (alətsiz), bir gümüş (çoxnövçülük), Suada İskakova bir qızıl (gürzlər), bir bürünc (alətsiz), Röya Alıkişiyeva bir qızıl (halqa), bir bürünc (gürzlər), Alsu Abdullayeva bir qızıl (alətsiz), Ahu Aslanova bir gümüş (alətsiz), Fərəh Həsənova bir gümüş (alətsiz), İnara Abıyeva bir gümüş (top), Beril Yalın bir gümüş (top), Leyla Azaqova bir bürünc (çoxnövçülük), Ayla Abbaszadə bir bürünc (gürzlər) medala sahib çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər