"Böyük oyun"dan sonra yaranan gərginlik davam edir. Fanat.az-ın Lənkərana ezam olunmuş əməkdaşının verdiyi xəbər görə əsgərlərlə azarkeşlər arasında insident 40 dəqiqəyə yaxın davam edib.
Azarkeş kütləsini dağıtmaq üçün hərbiçilər göz yaşardıcı qazdan istifadə edib. Azarkeş kütləsi əsgərləri stdionun kənarında "daş yağışı"na tutub. Bir neçə hərbi xidmətçi yaralanıb.
Qeyd edək ki, əməkdaşımız atılan qaz bombasının mətbuat nümayəndələrindən də yan keçmədiyini bildirib. Jurnalistlər zərər çəkməmək üçün hadisə yerindən uzaqlaşdırılıb.