Georgi Çixradze "Bakı" ilə oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Simurq"un gürcü baş məşqçisi nəticənin ədalətli olmadığını deyib:
"Nəticəyə görə məğlub tərəfik, lakin oyuna baxdıqda heç-heçə ədalətli nəticə olardı. İlk hissədə səhvimizdən qapımızda qol gördük. İkinci hissədə hücumları artırdıq, qol epizodları yaratdıq. Lakin lazım olan qolları vura bilmədik".
Fanat.az