Georgi Çixradze: "...daha güclü təzyiq etməliyik"

Georgi Çixradze: "...daha güclü təzyiq etməliyik"

Georgi Çixradze "Qaarabağ"la oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Simurq"un baş məşqçisi bunları deyib.

“Səfər oyununda qol vurmalı idik. Qol buraxmamaq bizim üçün lazım idi. Amma ilk hissədə rəqib bizi əks hücumda yaxaladı və qol vurdu. Daha sonra bizim şansımız olsa da, yararlana bilmədik. İkinci oyunu düşünməliyik. Hesab edirəm ki, cavab oyununda rəqibə daha güclü təzyiq etməliyik. Heyətdə müəyyən dəyişikliklər olacaq”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər