Georgi Haci Adrian Pitin baş məşqçisi oldu

Georgi Haci Adrian Pitin baş məşqçisi oldu
Georgi Haci yenidən baş məşqçiliyə başlayıb. Fanat.az xəbər verir ki, rumın mütəxəssis sahibi olduğu "Vitorul" klubunun başına keçib.
Rumıniya Liqa 1-də çıxış edən klubu ilk 6 turda cəmi 3 xal qazanıb. Bu səbəbdən baş məşqçi Boqdan Stelea istefaya göndərilmiş və komanda müvəqqti olaraq Boqdan Vintilaya tapşırılmışdı. Haci bu dəfə komandanın başına özü keçmək qərarına gəlib. O, sentyabrın 15-də mətbuat konfransı keçirərək yeni işinin icrasına başlayacaq.
Qeyd edək ki, "Xəzər Lənkəran"dan ayrılan Adrian Pit "Vitorul"da çıxış edir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər