Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə "28 May - Dövlət Müstəqilliyi Günü"nə həsr olunmuş "Qan ver, həyat xilas et!" şüarı altında könüllü qanvermə aksiyası keçiriləcək.
Fanat.Az xəbər verir ki , mayın 27-də, Bakı Biznes Mərkəzində saat 09:00-dan 17:00-dək baş tutacaq aksiyada Gənclər və İdman Nazirliyinin, idman idarələri və təşkilatlarının əməkdaşları, idmançılar, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri iştirak edəcəklər. Aksiya zamanı qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstəriləcək. Aksiyada 500-dək donorun iştirakı nəzərdə tutulub.
Aksiya eyni zamanda Mərkəzi Qan Bankının region bölmələrində (Gəncə, Şəki, Mingəçevir, Bərdə, Şirvan, Quba, Sumqayıt və Lənkəran) saat 9:00-dan 16:00-dək keçiriləcək.
Mingəçevir bölgə bölməsi: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası "C" korpusu Ünvan: Mingəçevir şəhəri, 20 Yanvar küç.12 Telefon: (024) 274-38-70; +99450 550-66-60
Bərdə bölgə bölməsi: Ünvan: Bərdə şəhəri, N.Nərimanov küç. 2 Telefon: (020) 205-02-90; +99451362-36-36
Gəncə bölgə bölməsi: Ünvan: Gəncə şəhəri, S.Hacıyev küç.2 Telefon: (022) 256-09-26; (022) 256-42-25
Şirvan bölgə bölməsi: Ünvan: Şirvan şəhəri, Heydər Əliyev pr.16 Telefon: (021) 215-00-29 +99450 390-94-33
Lənkəran bölgə bölməsi: Ünvan: Lənkəran şəhəri, Nizami küç. 67 Telefon: (025) 254-09-75 +99450-315-54-72
Quba bölgə bölməsi: Ünvan: Quba şəhəri, Fətəli Xan küç. 10 Telefon: (023) 335-38-01 +99450 478-64-77
Sumqayıt bölgə bölməsi: Ünvan: Sumqayıt ş. M.Hüseynzadə pr, Təcili Tibbi Yardım Xəstəxanası (l korpus, l mərtəbə) Telefon: (018) 655-67-60 +99470 726-45-49
Şəki bölgə bölməsi: Ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə küç. 164 Telefon: (024) 244-25-90 +99455 537-60-15