Gənclər və idman naziriidman jurnalistlərini təbrik etdi

Gənclər və idman naziriidman jurnalistlərini təbrik etdi

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovu idman jurnalistlərini adından 2 iyul - beynəlxalq idman jurnalistikası günü münasibətilə təbrik edib. Azerisport.az sizi həmin təbrikin mətni ilə tanış edir:

“Əziz idman jurnalistləri!

Sizi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi adından 2 iyul - beynəlxalq idman jurnalistikası günü münasibətilə təbrik edirəm.

Bildiyiniz kimi, hər il iyulun 2-i Beynəlxalq İdman Jurnalistikası Günü kimi qeyd edilir. 1924-cü ilin bu günü Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) yaradılmışdır.

Sevindirici haldır ki, gələn il AIPS-in 90 illik yubileyi ərəfəsində, təşkilatın 77-ci konqresi məhz Azərbaycan paytaxtında keçiriləcək.

Bu gün idman jurnalistlərimiz, həm mətbuatımızın, həm də idman ictimaiyyətimizin layiqli üzvünə çevrilmişlər. Hazırda ölkəmizdə, xüsusi idman telekanalı, 10-dan çox idman nəşri, onlarla idman xəbər portalları fəaliyət göstərir. Bundan başqa bütün telekanalar və digər KİV-lər idman mövzusuna böyük diqqət yetirirlər.

Əziz idman jurnalistləri!

Sizin hər birinizi, peşə bayramınız münasibətilə təbrik edir, hamınıza can sağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər