Gənclər və İdman naziri velosipedçilərlə görüşüb - FOTO

Gənclər və İdman naziri velosipedçilərlə görüşüb - FOTO
İyulun 21-27-də Bakıda keçiriləcək Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalına (EYOF) hazırlıq prosesi ilə yaxından tanış olmaq üçün idman obyektlərinə baxış keçirən Gənclər və İdman naziri Azad Rəhimov bu gün Veloparkda olub. EYOF-un velosiped yarışlarının start və finiş nöqtələrinin yerləşdiyi bu idman qurğusunda görülən işlərlə bağlı ətraflı məlumat aldıqdan sonra nazir mötəbər yarışda iştirak edəcək velosipedçilərimizlə görüşüb, onlara uğurlar arzulayıb.
EYOF proqramına əsasən, iyulun 23-də fərdi, 25-də isə qrup ötüşməsi üzrə qaliblərin adına aydınlıq gələcək. Azərbaycan bu yarışda Lalə Əbdürəhmanova, Gülşən İsmayılova, Məleykə İsgəndərova, Nikita Sıtov, Mustafa Muxtarlı və Nofəl Nuriyevlə təmsil olunacaq.
 
Gənclər və İdman naziri velosipedçilərlə görüşüb - FOTO Gənclər və İdman naziri velosipedçilərlə görüşüb - FOTO Gənclər və İdman naziri velosipedçilərlə görüşüb - FOTO
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər