Gənclər Liqasının və U-17 Liqasının püşkü atıldı

Gənclər Liqasının və U-17 Liqasının püşkü atıldı

Bu gün AFFA-nın inzibati binasında 2023/2024-cü illər mövsümü Gənclər Liqasının və U-17 Liqasının püşkü atılıb.

Fanat.Az xəbər verir ki, püşkatma mərasimində AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, AFFA-nın Texniki Direktoru Cahangir Həsənzadə, Məşqçilər Komitəsinin üzvü Yaşar Vahabzadə və klub nümayəndələri iştirak edib.

Gənclər Liqasında 11 komanda mübarizə aparacaq və üç dövrədən ibarət olacaq. Üçüncü dövrə ilk dövrənin təkrarı olacaq. Hər tur bir komanda istirahət edəcək.

1-ci turun təqvimi 19-20 avqust

“Səbail” – “Neftçi” “Qarabağ” – “Zirə” “Sabah” – İCBFA “Araz-Naxçıvan” – “Qəbələ” “Kəpəz” – “Turan Tovuz”   “Sumqayıt” bu tur istirahət edəcək.   14 komandanın mübarizə aparacağı AFFA U-17 Liqası üç dövrədən ibarət olacaq. Üçüncü dövrə ikinci dövrənin təkrarı olacaq. Birinci turun oyunları 26-27 avqust tarixlərində keçiriləcək.

1-ci turun təqvimi 26-27 avqust   “Sumqayıt” – EFA “Zirə” – “Turan Tovuz” “Neftçi” İK İB – İCBFA “Sabah” – “Universal” “Səbail” – “Qarabağ” “Neftçi” PFK – “Kəpəz” “Qəbələ” – “Araz-Naxçıvan”

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər