Gəncənin raket atəşinə tutulması anı - VİDEO

Gəncənin raket atəşinə tutulması anı - VİDEO
Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması anının videogörüntüsü yayılıb.
Fanat.Az xəbər verir ki, videogörüntüdə ermənilərin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması yer alır.
Videogörüntü Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müşahidə kamerası tərəfindən qeydə alınıb.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 2 radələrində raket atəşi nəticəsində 4 qadın olmaqla, 9 nəfər həlak olub, 34 nəfər yaralanıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər