Gəncədə yeni stadion tikiləcək? - Klub rəsmisi cavablandırdı

Gəncədə yeni stadion tikiləcək? - Klub rəsmisi cavablandırdı

Yerli mətbuatda Gəncə şəhərində yeni stadionun tikiləcəyi ilə bağlı xəbərlər dolaşırdı.

"Kəpəz" klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev Fanat.Az-a açıqlamasında məsələyə belə aydınlıq gətirdi: 

"Səhər mənim yerli radiolardan birində çıxışım olmuşdu. Orada mənə stadionun vəziyyəti ilə bağlı sual verdilər. Mən isə qeyd etdim ki, bu 60 ilin stadionudur və istismar müddətini başa vurub. Yəni təmir olunmalı deyil, sökülüb yenidən tikilməlidir. Bu mövzu isə illərdir müzakirə olunur və AFFA-dan da bildirilib ki, yeni stadion tikiləcək. Mən bunu demişəm. Amma necə olubsa, dediklərim rezonans doğurub ki, Gəncədə yeni stadion tikiləcək. Arenanın nə zaman tikiləcəyi ilə bağlı məlumatımız yoxdur".

Gəncədə yeni stadion tikiləcək? - Klub rəsmisi cavablandırdıGəncədə yeni stadion tikiləcək? - Klub rəsmisi cavablandırdı

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər