Gəncədə süni örtüklü meydança təmir olundu

Gəncədə süni örtüklü meydança təmir olundu

AFFA-nın maliyyə vəsaiti hesabına Yeni Gəncə yaşayış massivindəki süni örtüklü meydançada əsaslı təmir və yenidənqurma işləri aparılıb.

Fanat.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, sakinlərin istifadəsinə verilən meydançanın açılışı ilə bağlı tədbirdə qurumun icraçı vitse-prezidenti Elxan Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov və futbol ictimaiyyətinin nümayəndələri iştirak edib.

Elxan Məmmədov meydançanın rəmzi açarını Niyazi Bayramova təqdim edib. Daha sonra uşaqların iştirakı ilə oyun keçirilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər