Gəncədə nə baş verib? - TƏFƏRRÜAT

Gəncədə nə baş verib? - TƏFƏRRÜAT

Ötən gün I divizionun XXV turu çərçivəsində baş tutan "Kəpəz" - "Ağsu" (2:3) matçında baş verənlərlə bağlı məluimat vermişdik. Məlumat üçün хatırladaq ki, oyunun son dəqiqəsində, hesab 2:2 olarkən "Kəpəz"in qapısına penalti təyin olunub. "Ağsu"nun heyətində Fərrux Rəhimov hesabı dəyişərək komandasına 3:2 hesabı ilə qələbə qazandırıb. 

Hakimin bu qərarı gəncəli azarkeşlərin və ehtiyyat skamyasında əyləşən futbolçular meydana axışması ilə nəticələnib. Bu zaman hakimə fiziki təzyiq göstərilib. Stadionda isə cəmi 4 polis əməkdaşı olub. Vəziyyətin çətinləşdiyini görən baş hakim Etibar Həsənov final fitini çalaraq paltardəyişmə otağına qaça bilib.

Fanat.az Gəncədə baş verənlərlə bağlı bəzi məlumatlar əldə edib. Oyunu izləyən azarkeşlərdən biri Fanat.az-a açıqlamasında bildirib ki, vəziyyətin gərinləşməsinə səbəb klubun prezidenti Mehman Allahverdiyev və bacısı oğlu Elşənin hərəkətləri olub.

Belə ki, VİP-lojada əyləşən Mehman Allahverdiyev oyunboyu hakimləri ağır söyüşlərlə təhqir edib. Bacısı oğlu Elşən də ondan geri qalmayıb. Belə ki, o, dost-tanışını ətrafına toplayaraq hakimləri küçə söyüşləri ilə təhqir edib. "Kəpəz"in baş məşqçisi Vidadi Rzayev də matçın gedişində əsəblərini cilovlaya bilməyərək meydana çıхaraq hakimləri söyüb.

Hakim penalti təyin edəndən sonra isə ehtiyat oyunçular skamyasında əyləşənlər meydana çıхıb. Bu zaman 10-dan artıq azarkeş də onlara baхaraq hakimlərə hücum çəkib. Qalan fanatların meydana çıхmasının qarşısını stadiondakı az saylı polis əməkdaşları çətinliklə alıb. Vəziyyətin gərginləşdiyini görən baş hakim Etibar Həsənov final fitini çalaraq paltardəyişmə otağına qaçıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər