"Gəncədə maksimum nəticə əldə etmək..." - Şahin Diniyev

"Gəncədə maksimum nəticə əldə etmək..." - Şahin Diniyev

Misli Premyer Liqasının 6-ci turunda "Səbail" "Kəpəz"in qonağı olacaq. Gəncə səfərindən öncə çıxdığı iki çempionat matçında qələbə qazanan "dənizçilər"in baş məşqçisi Şahin Diniyevlə əlaqə saxlayıb "Kəpəz"lə görüş barədə nə düşündüyünü soruşduq.

Diniyevin Fanat.Az-a açıqlaması belə oldu:

"Olduqca çətin oyuna çıxacağımızın fərqindəyik. Maksimum nəticə əldə etmək çox çətin olacaq. "Kəpəz" yaxşı heyət və baş məşqçiyə malik komandadır. Gəncədə oynamaq heç bir komanda üçün asan deyil. Bizi proqnozu əvvəlcədən bilinməyən oyun bizi gözləyir".

Qeyd edək ki, MPL-in 5-ci turunda "Turan Tovuz"u rəqib meydanında 3:1 hesabı ilə yenən Bakı təmsilçisi ardından "ASKO Arena"da "Qarabağ"ı üstələyib - 2:1.

Nahid Məmmədov  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər