"Zaltsburq"un yarımmüdafiəçisi Karim Adeyemi Dortmund "Borussiya"sına keçməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Bild" nəşri yayıb.
Mənbə 19 yaşlı forvard Dortmund təmsilçisi ilə 5 illik müqavilə ilə bağlı razılığa gəldiyini, tərəflərin mövsümün sonunda münasibətləri rəsmiləşdirəcəklərini bildirib. Transfer baş tutsa, gənc hücumçu Bundesliqa klubunda ildə 5 milyon avro əməkhaqqı alacaq.
Bu keçidə görə Almaniya təmsilçisinin bossları qarşı tərəfə 35 milyon avro ödəmək istəsə də, Avstriya klubu 40 milyon almağı hədəfləyir.
Adeyeminin "Zaltsburq"la olan müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.
Nihat