Gənc cüdoçularımız Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar

Gənc cüdoçularımız Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar

Azərbaycanın gənc cüdoçuları Rusiyanın Krasnoyarsk şəhərində Vladimir Qulidovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 3 medal əldə ediblər.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Əhməd Rüstəmovla (66 kq) Hüseyn Eyvazlı (100 kq) gümüş, Murad Allahverdiyev (90 kq) isə bürünc mükafatın sahibi olub.

Qeyd edək ki, xatirə turnirində 10 ölkədən 240-dən çox cüdoçu mübarizə aparıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər