Sloveniyanın Sloven Qradeç şəhərində 1-2 iyulda gənclər arasında Avropa Kuboku keçiriləcək.
Fanat.Az xəbər verir ki, turnirdə 31 ölkədən 347 idmançı iştirak edəcək.
Azərbaycan yarışda 5 çəki dərəsində 7 qız cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edəcək.
-48 kq. Leyla Dəmirova
-52 kq. Zeynəb Məmmədova Fidan Əliyeva
-57 kq. Lətifə Abbasova Nuray Quliyeva
-63 kq. Leyla Atayeva
+78 kq. Qönçə Cəfərli