“Xəzər Lənkəran”ın futbolçuları və məşqçilər korpusu Lənkəranda yerləşən “Panço” şirniyyat evində olublar. Fanat.az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, müəissə kollektivinin “ağ-yaşıllar”ı Azərbaycan Superkubokunu qazanması münasibətilə dəvətini qəbul edən komanda şirniyyat masası arxasında əyləşib.
Öncə Supekubokun əksi olan böyük tortu kapitan Rahid Əmirquliyev alqışlar altında kəsib. 40 dəqiqə müddətində davam edən görüşdə “Panço” şirniyyat evinin kollektivi komandanı müxtəlif şirniyyatlara qonaq edib və “Xəzər Lənkəran”ın uğurundan fərəhləndiklərini bildirərək, qarşıdakı oyunlarda da uğurlar diləyib.
Daha sonra “Xəzər Lənkəran”ın futbolçuları Heydər Əliyev mərkəzində olaraq onun həyatını əks etdirən muzeylə tanış olublar. Futbolçulara Heydər Əliyev muzeyindəki eksponatlar haqqında geniş məlumat verilib.
Fanat.az