Gələcəyin ulduzları Mançester yolunda

Gələcəyin ulduzları Mançester yolunda

"Mançester Yunayted" heyətini yeniləmək planları çərçivəsində 2026-cı il üçün iki yeni yarımmüdafiəçini hədəf seçib.

Fanat.Az xəbər verir ki, klub "Lill"in üzvü Əyyub Buaddi və "Olimpiakos"un istedadı Kristos Mouzakitisi maraq dairəsinə salıb.

"Sky Sports"un məlumatına görə, hər iki futbolçu klubun skaut siyahısına rəsmi şəkildə əlavə edilib.

İngiltərə təmsilçisi gənc oyunçuların inkişafını yaxından izləməyə başlayıb. Bu addım klubun gələcəyə hesablanmış transfer strategiyasının tərkib hissəsidir. Orta xətt rəqabətini artırmaq istəyən "qırmızı şeytanlar"ın rəsmi təklif hazırladığı bildirilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər