Gecəyarısı bombası: Mesut Özil "Arsenal"da!

Gecəyarısı bombası: Mesut Özil "Arsenal"da!

Qaret Beyli transferin son günündə heyətinə qatan "Real" ulduzlarından biri ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, Almaniya yığmasının türk ulduzu Mesut Özil "Kral Klubu"nu tərk edib.

Artıq Mesutun yeni iş yeri də müəyyənləşib. Türk futbolçu karyerasını "Arsenal"da davam etdirəcək. Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. Bu axşam gec saatlarda açıqlama yayan London klubu Özillə uzun müddətli müqavilə imzalanacağını qeyd edib. Futbolçu Almaniyada tibbi müayinədən keçib.

Transferlə bağlı açıqlama verən "Arsenal"ın baş məşqçisi Arsen Venger bunları deyib: "Belə səviyyəli və təcrübəli futbolçunu transfer etdiyimiz üçün çox şadam. Biz onu çoxdan izləyirdik və transfer etmək istəyirdik. Bu yay heyətə yüksək səviyyəli oyunçular qatmaq üçün çox çalışdıq. Mesut gücümüzə-güc qatacaq oyunçudu. O, Almaniya yığmasının oyunlarından sonra bizimlə birlikdə olacaq".

Özil özü də "Arsenal"a keçidi barədə danışıb: "Arsenal"ın heyətində Premyer Liqada oynamaq mənim üçün həyacanlı olacaq. Bu klub futbolçu kimi inkişafıma müsbət təsir göstərəcək. Xüsusən də Arsen Vengerlə işləmək mənim üçün fəxrdi".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər