Füllkruq mövsümün sonuna qədər İtaliyada - RƏSMİ

Füllkruq mövsümün sonuna qədər İtaliyada - RƏSMİ

"Milan" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, İtaliya təmsilçisi "Vest Hem"in hücumçusu Niklas Füllkruqu heyətinə qatıb.

Klubun mətbuat xidmətinin yaydığı rəsmi məlumata görə, Almaniya milli komandasının üzvü mövsümün sonuna kimi icarə əsasında "rossonerilər"in formasını geyinəcək.

Təcrübəli forvardın müqaviləsində mövsüm sonunda satınalma variantının olub-olmadığı barədə hələlik dəqiq məlumat verilmir. Bu transferlə "Milan" hücumdakı rəqabəti artırmağı və qol yollarındakı effektivliyi yüksəltməyi hədəfləyir.

Füllkruqun yaxın günlərdə tibbi müayinədən keçərək komandaya qoşulacağı gözlənilir. Azarkeşlər almaniyalı hücumçunun A Seriyasına necə uyğunlaşacağını maraqla gözləyirlər.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər