"Frayburq"la oyunda istədiyimizi nəticəni əldə edəcəyik" - Zubir

"Frayburq"la oyunda istədiyimizi nəticəni əldə edəcəyik" - Zubir

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Avropa Liqasının qrup mərhələsinin V turunda "Nant"a uduzduqları görüşü şərh edib.

Fanat.Az xəbər verir ki, "CBC Sport"a danışan yarımmüdafiəçi 1:2 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:

"Çalışdıq ki, öz oyunumuzu nümayiş etdirək. Son dəqiqədə qol buraxdıq, məyusedicidir. Bu, futboldur. İrəli baxmalıyıq. Hədəfimiz mərhələ adlamaqdır. Ümid edirəm ki, "Frayburq"la oyunda istədiyimizi nəticəni əldə edəcəyik.

Möhtəşəm atmosfer var idi. Ümumiyyətlə, Fransaya qayıtmaq mənim üçün özəldir. Ailə üzvlərim buradadır. Buna baxmayaraq, nəticəyə görə buradan məyus dönürəm".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər