“Frayburq”dan qələbə, “Union Berlin”dən xal itkisi

“Frayburq”dan qələbə, “Union Berlin”dən xal itkisi

Almaniya Bundesliqasında 24-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.

“Volfsburq” - “Union Berlin” matçında qalib müəyyənləşməyib. “Frayburq” “Hoffenhaym”ı məğlub yola salıbsa, “Verder” evdə “Bayer”ə uduzub.

Hazırda 52 xala malik “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 52 xalla ikinci pillədə qərarlaşıb. “Leypsiq”, “Union Berlin” və “Frayburq”un isə 45 xalı var.

Almaniya Bundesliqası 24-cü tur 10 mart

Köln – Bohum 0:2 Qol: Stoger, 9-pen. Masoviç, 76.

11 mart

Bayern – Auqsburq 5:3 Qol: Kanselo, 15. Pavar, 19; 35. Sane, 45. Deyvis, 74 – Berişa, 3; 60-pen. Kardona, 90+3.

Ayntraxt – Ştutqart 1:1 Qol: Rode, 55 – Silas, 75.

Herta – Maynts 1:1 Qol: Nqankam, 18-pen – Ayorke, 57.

Leypsiq – Borussiya (Mönhenqladbax) 3:0 Qol: Verner, 71. Forsberq, 71. Qvardiol, 80.

Şalke – Borussiya (Dortmund) 2:2 Qol: Bulter, 50. Karaman, 79 – Şlotterbek, 38. Gerrero, 60.

12 mart

Frayburq – Hoffenhaym 2:1 Qol: Eggeştayn, 5. Doan, 89 – Stiller, 49.

Verder – Bayer 2:3 Qol: Dukş, 30. Fullkruq, 86 – Bakker, 34. Frimponq, 56. Hlojek, 83.

Volfsburq – Union Berlin 1:1 Qol: Vimmer, 84 – Yuranoviç, 72.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər