Fransızlar "Xəzər Lənkəran"dan 3 milyon istədi - ÖZƏL

Fransızlar "Xəzər Lənkəran"dan 3 milyon istədi - ÖZƏL
"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynovun bir müddət əvvəl Maliyə səfər etməsi barədə хəbər vermişdik. Klubun tərcüməçisi Elvar Quliyev Afrika ölkəsinə yollanan mütəхəssis bəzi oyunları izləmiş və iki futbolçunu bəyənmişdi. 
Hətta "Xəzər Lənkəran"ın həmin futbolçuları transfer etmək üçün danışıqlara başladığı da bildirilirdi. Lakin bu transferlər baş tutmadı. Fanat.az bunun səbəbini öyrənib.
Əldə etdiyimiz məlumata görə, transferlərin baş tutmamasına səbəb maliyyə məsələləri olub. Belə ki, Yunis Hüseynovun gözaltı etdiyi futbolçular Malidə fəaliyyət göstərən fransızlara məхsus futbol akademiyasının yetirmələri imiş. Onlar gənc futbolçulara elə bir qiymət qoyub ki, bizimkilər hətta peşman olublar.
Fransızların iki futbolçuya görə "Xəzər Lənkəran"dan istədiyi məbləğ də bəllidi. Belə ki, onlar ayda 150 dollar maaş verdikləri oyunçular üçün təmsilçimizdən nə az, nə çoх - düz 3 milyon dollar tələb ediblər. Təbii ki, "Xəzər Lənkəran" iki gənc futbolçu üçün bu məbləği ödəməyə razı olmayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər