İtaliyanın "Udineze" klubu "Zalsburq"un keçmiş müdafiəçisi Omar Sole ilə müqavilə imzalayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, A Seriyası təmsilçisi azad agent olan 24 yaşlı fransızla müqavilə imzalamaq üçün şifahi razılığa gəlib.
Sole 2020-ci ilin iyulundan "Zalsburq"da çıxış edib. Sözügedən komandanın heyətində 106 matçda 4 qol vuran futbolçu 5 məhsuldar ötürmə edib.
Mirağa