Fransadan millimizə 8 cavabsız top

Fransadan millimizə 8 cavabsız top

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Fanat.Az xəbər verir ki, U-17 Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Kapbreton şəhərində yerləşən "Bourret" stadionunda baş tutan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 8:0.

Aqil Nəbiyevin rəhbərlik etdiyi milli oktyabrın 11-də İsrail, 14-də isə Rumıniya yığmaları ilə qarşılaşacaq. Seçmə mərhələnin bütün oyunları Fransada keçirilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər