"Lion"la səfər oyununda iki qol vurub, bir məhsuldar ötürmə edərək "Lill"ə qələbə qazandıran (3:2) Burak Yılmaz Türkiyə Super Liqasına dönür.
Fanat.Az xəbər verir ki, bu barədə futbol şərhçisi Sinan Engin açılama verib. Onun sözlərinə görə, 35 yaşlı hücumçu "Qalatasaray"a qayıdacaq.
Qeyd edək ki, Burak Yılmaz 2012-ci ildə "Trabzonsor"dan "Qalatasaray"a 7 milyon avroya transfer olunub. 2016-cı ilədək komandanın formaını geyinən futbolçu 2 dəfə Super Liqanın, 3 dəfə Türkiyə Kubokunun qalibi olub. Burak 2016-cı ilin fevralında 8 milyon avroya Çinin "Pekin Quoan" klubuna keçmişdi.
2020-ci ilin yayında "Beşiktaş"dan "Lill"ə keçən futbolçu Fransa klubunun heyətində meydana çıxdığı 29 oyuna 14 qol vurub və 5 məhsuldar ötürmə edib.
Aydın