Fransada erməni məşqçini qovdular

Fransada erməni məşqçini qovdular

Fransa çempionatının səkkizinci turunun matçında "Olimik Marsel"ə böyük hesabla uduzan "Monpelye" klubunda baş məşqçi dəyişikliyi reallaşıb. 

Fanat.Az "RMC Sport"-a istinadən xəbər verir ki, öz meydanında 0:5 hesabı ilə məğlub olan klub bu fiaskodan sonra erməni baş məşqçi Mişel Ter-Zəkaryanın postundan uzaqlaşdırıb. 

Klubun prezidenti xəbəri təsdiq edib: “Bəli, mən Ter-Zakəryanla müqaviləni ləğv etdim. O, artıq komandanın məşqçisi deyil. Bu nəticədən sonra vidalaşmaq məcburiyyətində qaldıq. Artıq baş məşqçinin istefası ilə bağlı futbolçulara məlumat vermişəm. Əgər nəticə yoxdursa, o zaman belə qərarlar qəbul etmək lazımdır”. 

Bu məğlubiyyətdən sonra aktivində cəmi dörd xal olan "Monpelye" Liqa 1-in turnir cədvəlinin "zirzəmi"sində qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər