Fransada ara qarışdı: 2 nəfər öldü, 192 nəfər yaralandı

Fransada ara qarışdı: 2 nəfər öldü, 192 nəfər yaralandı

PSJ-nin Çempionlar Liqasının finalında "İnter"i 5:0 hesabı ilə məğlub edərək çempion olmasından sonra Fransada kütləvi ixtişaşlar qeydə alınıb.

Fanat.Az TF1-ə istinadən xəbər verir ki, insidentlər üzündən 2 nəfər həyatını itirib, 192 nəfər yaralanıb.

Ölkədə vəziyyətdən sui-istifadə edərək qanunları pozan 427 nəfər həbs olunub. Saxlanılanlar vandalizm, quldurluq, polisə müqavimət və ictimai asayişin pozulması səbəbindən nəzarətə götürülüblər.

Xatırladaq ki, PSJ tarixində ilk dəfə ÇL-i qazanıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər