Fransa yığmasının sabiq üzvü Türkiyədə

Fransa yığmasının sabiq üzvü Türkiyədə

"Antalyaspor" Fransa millisinin sabiq üzvünü heyətinə qatıb. Fanat.Az xəbər verir ki, Super Liqa klubu Ceremi Meneslə müqavilə bağlayıb.

Fransalı futbolçu bu gün ictimaiyyətə təqdim olunub. Ceremi Menez 3 illik müqaviləni imzalayıb. 30 yaşlı forvard "Bordo"dan transfer olunub. "Antalyaspor" bu futbolçuya görə fransızlara 3 milyon avro ödəyib.

Qeyd edək ki, Ceremi Menez 2006-cı ildə "Soşo"dan "Monako"ya 3,5 milyon avroya transfer edilib. 2 il sonra knyazlıq klubu onu 12 milyon avroya "Roma"ya satıb. İtalyanlar isə hücumçunu 2011-ci ildə 8 milyon avro qarşılığında PSJ-yə verib. Futbolçu Paris klubundan sonra "Milan" və "Bordo"da çıxış edib.

30 yaşlı forvard 2010-2013-cü illərdə Fransa yığmasında 24 oyun keçirərək 2 qol vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər