"Bayern Münhen"in mərkəzi müdafiəçisi Dayot Upamekano Fransanın oktyabrda İsrail (10 oktyabr) və Belçika (14 oktyabr) milli komandalarına qarşı keçirəcəyi oyunları buraxacaq.
Fanat.Az xəbər verir ki, bu barədə Fransa Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Upamekano bazar günü Münhen klubunun Frankfurt "Ayntraxt"ı ilə səfər matçında (3:3) zədələnib. MRT nəticələri 25 yaşlı futbolçunun sağ diz nahiyəsində əzələ zədəsi olduğunu üzə çıxarıb.
Upamekanonu millinin heyətində "Sevilya"nın futbolçusu Loik Bade əvəz edəcək.
Mirağa